Millinin məşqçi postuna əsas namizəd Prosineçkidi
Robert Prosesineçki Bosniya və Herseqovina millisinin baş məşqçi posutan iki namizəddən biridi. Bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyasının vitse-prezidenti Milorad Sovreniç məlumat verib.
Federasiya rəsmisi bildirib ki, hazırda baş məşqçi postuna Prosineçki və Amar Osim namizəddi. Onun sözlərinə görə, namizədlərin sayı 4-dən 2-yə endirilib. Onlarla qarşıdakı 7-8 gündə yekun danışıqlar aparılacaq və son qərarı federasiyanın İcraiyyə Komitəsi verəcək.
Qeyd edək ki, AFFA Prosineçkinin başa çatan müqaviləsini yeniləməyib.
Facebook-da paylaş