“158 maddə” adlı açıq debat turnirinin final mərhələsi keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin natiqlik və ünsiyyət bacarıqlarının artırılması, debat mədəniyyətinin inkişafına yönəlmiş “158 maddə” adlı açıq debat turnirinin final mərhələsi keçirilib.
BrendSport.az saytının “Gənclər” şöbəsi xəbər verir ki, Azərbaycan İdman Akademiyasında keçirilən final mərhələsində Azərbaycan bölməsi üzrə Bakı Dövlət Universitetinin “Şirin yuxu” komandası və Azərbaycan Dillər Universitetinin “Platonistlər”, rus bölməsi üzrə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “UNECpolitan” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ovod” komandası mübarizə aparıb. Azərbaycan bölməsi üzrə turnirin çempionu “Şirin yuxu”, rus bölməsi üzrə isə “Ovod” seçilib.
Turnirin hər iki bölməsi üzrə natiqliyi ilə seçilən ümumilikdə 25 ən yaxşı natiq müəyyən edilib. Azərbaycan bölməsi üzrə birinci ən yaxşı natiq Azərbaycan Dillər Universitetinin tələbəsi Sevda Cəfərli, rus bölməsi üzrə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Məhəmməd Şəfiyev olub.
Qeyd edək ki, debat turnirində 15 ali təhsil müəssisəsini təmsil edən 80 komanda və 600-dən çox gənc spiker, hakim və auditoriya kimi iştirak edib.


Facebook-da paylaş























