Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona” tarixi rekordu təkrarlayıb



“Barselona” 1923/1924-cü illər mövsümündən bəri ilk dəfə mövsümün ilk 10 rəsmi oyununda qələbə qazanıb.

BrendSport.az
xəbər verir ki, bu nəticə Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda səfərdə Türkiyənin “Qalatasaray” klubunu 4:1 hesabı ilə məğlub etməsindən sonra qeydə alınıb.

Cari mövsümdə bütün turnirlərdə keçirdiyi 10 oyunun hamısında qalib gələn Kataloniya təmsilçisi bu qarşılaşmalarda 43 qol vurub, öz qapısında isə 9 top görüb.

Qeyd edək ki, “Barselona” İspaniya çempionatında turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu hazırda UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində də liderdir.


Facebook-da paylaş

Xəbəri paylaş