Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir: Azərbaycan idmana böyük maraq göstərir



Bu il Bakı dünyanın idman paytaxtı seçilib. Artıq bir çox tədbirə ev sahibliyi etmişik. Nəhayət, üzgüçülük federasiyamız da çox fəal olub. Bu, bizim üçün çox yaxşıdır. Ötən həftə Dünya Kubokuna ev sahibliyi etmək imkanımız oldu. Düşünürəm ki, bu yarış çox uğurlu keçdi.

BrendSport.az
xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda təşkil edilən Avropa Su İdmanı Federasiyasının (European Aquatics) Konqresindəki çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan idmana böyük maraq göstərir və bu sahədə bir çox tədbirlər təşkil edib: “Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər çoxnövlü idman tədbirləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Fərid Qayıbov qeyd edib ki, idmançılar Dünya Kubokunda yarışmaq imkanı əldə ediblər. O, qarşıdakı Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında yaxşı nəticələrin əldə olunacağına inandığını bildirib.

Onun sözlərinə görə, Azərbaycanda su idmanı növləri təkcə Dünya Kubokuna ev sahibliyi etməklə və ya konqres təşkil etməklə təbliğ olunmur: “Bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir, xaricdən mütəxəssislər dəvət olunur”.


Facebook-da paylaş

Xəbəri paylaş