Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIFA prezidentliyi uğrunda mübarizəyə yeni namizəd qoşulub



Yaponiya Futbol Federasiyasının fəxri prezidenti Kozo Taşima FIFA prezidentliyinə namizədliyini irəli sürüb.

BrendSport.az
xəbər verir ki, o, beş milli futbol federasiyasının dəstəyini alaraq 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək FIFA-nın 77-ci Konqresi çərçivəsində təşkil olunacaq seçkidə iştirak üçün rəsmi müraciət edib.

Yaponiya Futbol Federasiyasının açıqlamasında namizədlik müraciətinin noyabrın 17-də FIFA-ya təqdim edildiyi bildirilib.

Yaponiya millisinin sabiq futbolçusu və aşağı yaş qrupları üzrə komandaların keçmiş məşqçisi olan Kozo Taşima FIFA prezidentliyinə namizədliyini irəli sürən ilk yaponiyalıdır. O, 2015-ci ildən FIFA Şurasının üzvüdür.

Taşima namizədliyi ilə bağlı açıqlamasında ona dəstək verən federasiyalara təşəkkür edib.

Qeyd edək ki, FIFA-nın hazırkı prezidenti Canni İnfantinonun da yenidən namizədliyini irəli sürdüyü seçkidə İsveçrə millisinin sabiq futbolçusu Ramon Veqa və Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo da mübarizə aparırlar.

Diallo Taşima ilə qüvvələri birləşdirmək niyyətində olduğunu açıqlasa da, yaponiyalı namizəd fransalı həmkarı ilə hələ birbaşa görüş keçirmədiyini bildirib.

Qeyd edək ki, FIFA prezidentliyinə namizəd olmaq üçün ən azı beş üzv federasiyanın dəstəyi tələb olunur. Namizədlər son beş ilin azı ikisində futbol idarəçiliyində və ya futbolçu kimi fəal iştirak etməlidirlər. Namizədlik müraciətlərinin qəbulu bu gün başa çatır. Seçkidə iştirak edəcək şəxslər FIFA-nın uyğunluq və dürüstlük yoxlamalarından keçməlidirlər.


Facebook-da paylaş

Xəbəri paylaş