NBA-da güc reytinqi yenilənib: “San-Antonio Spörs” liderliyini qoruyub

Milli Basketbol Assosiasiyasının (NBA) rəsmi saytı müntəzəm çempionatın beşinci həftəsi öncəsi komandaların yeni güc reytinqini açıqlayıb.
BrendSport.az xəbər verir ki, lider ardıcıl 12 qələbə qazanan “San-Antonio Spörs” komandasıdır.
“Hyuston Rokets” dördüncü pillədən ikinci yerə yüksəlib. Əvvəlki reytinqdə altıncı olan “Boston Seltiks” isə ilk “üçlüy”ə daxil olub.
Ardıcıl səkkiz qələbə qazanan “Los-Anceles Leykers” dördüncü pilləyə qalxıb. İlk beşliyi əvvəlki mövqeyini qoruyan “Filadelfiya” tamamlayıb.
Facebook-da paylaş





















