Avropa Kuboku: Azərbaycan klubunun basketbolçusu turun oyunçusu seçilib

"LANDAU Lions" klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda VI turun ən yaxşı oyunçusu seçilib.
BrendSport.az xəbər verir ki, o, İsveçrədə yerli "Cenevrə Lions” komandası ilə oyunda 34 xal, 2 ribaund, 2 assist və 30 effektivlik göstəricisi ilə fərqlənib.
Xatırladaq ki, Bakı təmsilçisi bu matçda rəqibinə 77:85 hesabı ilə məğlub olub.
Facebook-da paylaş





















