Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Azərbaycanın iki basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər.
BrendSport.az xəbər verir ki, "Gəncə" C qrupunun II turunda Yunanıstanın "Kolossos" komandasını qəbul edəcək. Gəncə İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq. Qərb təmsilçisi ilk matçında Türkiyədə “Esenler Erokspor”a 63:92 hesabı ilə məğlub olub.
G qrupunda yer alan digər təmsilçimiz "LANDAU Lions" komandası isə Slovakiyada "Prievidza" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. "LANDAU Lions" ilk oyununda Bakıda İsveçrənin "Lions de Geneve" komandasına 83:105 hesabı ilə məğlub olub.
Facebook-da paylaş





















