Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb



Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, yarışın ikinci günü Azərbaycan millisinin daha 3 idmançısı mərhələ adlayıb.

Alsu Yafarova (54 kiloqram) 1/8 finalda Anna Belyankova (Belarus) ilə döyüşüb. Boksçumuz ilk raundda rəqibinə tam üstünlüklə qalib gəlib. O, oktyabrın 7-də növbəti qarşılaşmasında Oleksandra Çerevata (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Cəmilə Muradlı (57 kiloqram) da adını 1/4 finala yazdırıb. Təmsilçimiz startda Sara Persanı (Rumıniya) məğlub edib – 5:0 (30:24, 30:24, 30:25, 30:26, 30:27). Muradlı oktyabrın 8-də ikinci görüşündə Rozali Uhrova (Çexiya) ilə qüvvəsini sınayacaq.

Şükar Əliyev (80 kiloqram) isə 1/16 finalda İqor Tomiçekə (Polşa) gücünü göstərib. Rəqibinə 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan milli üzvü mərhələ adlayıb. O, oktyabrın 5-də 1/8 finalda ilk mərhələdən azad olan Lazare Dokvadze (Gürcüstan) ilə döyüşəcək.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun qatıldığı çempionat oktyabrın 11-də yekunlaşacaq.





Facebook-da paylaş

Xəbəri paylaş