Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər



Bu gün Azərbaycanın üç basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarına çıxacaq.

BrendSport.az
xəbər verir ki, “LANDAU Lions” G qrupunun VII turunda Slovakiyanın “Prievidza” komandası ilə üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Erhan Tokerin rəhbərlik etdiyi kollektiv əvvəlki altı matçda bir qələbə qazanıb. “LANDAU Lions” 7 xalla qrupda sonuncu – 6-cı yerdədir.

Digər təmsilçimiz “Gəncə” komandası C qrupunun VII turunda Yunanıstanda “Kolossos” klubunun qonağı olacaq. Faliraki şəhərindəki “Kalliteya” idman zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Murat Dikmenin baş məşqçisi olduğu komanda əvvəlki 6 oyunda cəmi bir qələbə qazanıb və 6 xalla qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.

“Neftçi” basketbol komandası da bu gün meydana çıxacaq. “Ağ-qaralar” H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk 6 qarşılaşmada bir qələbə qazanan “Neftçi” 7 xalla qrupda sonuncu pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş