Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır

Bu gün qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsümə start veriləcək.
BrendSport.az xəbər verir ki, çempionatın I turu çərçivəsində iki qarşılaşma baş tutacaq.
Saat 16:00-da “Milli Aviasiya Akademiyası” komandası öz idman zalında “Gəncə” ilə üz-üzə gələcək. Eyni saatda “Azərmaş Abşeron” kollektivi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Naxçıvan”la qarşılaşacaq.
Facebook-da paylaş





















