Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək



Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün cavab oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv səfərdə Xorvatiyanın “Mladost” (Zaqreb) klubu ilə qarşılaşacaq.

Zaqreb şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində baş tutan ilk qarşılaşmada “Turan” rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın “Maritza” komandası ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş