Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar

Azərbaycan Karate Federasiyasının Kyokuşin (kay) Senşi üslubu üzrə milli komandasının üzvləri Belçikanın Gent şəhərində keçirilən XV IKOKU Avropa çempionatında üç medal qazanıblar.
BrendSport.az xəbər verir ki, oktyabrın 24-25-də təşkil olunan qitə birinciliyində Azərbaycan təmsilçiləri bir qızıl, bir gümüş və bir bürünc mükafata sahib olublar.
Yarışda U-18 yaş qrupunda +60 kiloqram çəki dərəcəsində mübarizə aparan Selcan Babayeva bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adını qazanıb.
U-21 yaş kateqoriyasında +80 kiloqram çəki dərəcəsində çıxış edən Cəmil Kazımlı gümüş, böyüklər arasında 70 kiloqram çəki dərəcəsində yarışan Sahil Musazadə isə bürünc medala layiq görülüb.
Facebook-da paylaş





















