“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Monteneqronun Budva şəhərində şahmat üzrə klublararası Avropa Kuboku keçiriləcək.
BrendSport.az xəbər verir ki, kişi və qadın klubları arasında keçiriləcək yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq və qitənin ən güclü klublarını bir araya gətirəcək.
Azərbaycan mötəbər yarışda 2 klubla təmsil olunacaq.
Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev “Vüqar Həşimov” klubunda çıxış edəcəklər. Klubun kapitanı Sərxan Həşimov olacaq.
Qadınların yarışında isə Azərbaycanı aparıcı şahmatçılarında formalaşan “Odlar Yurdu” klubu mübarizə aparacaq.
“Odlar Yurdu”nun heyətinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Kapitan Nicat Abasovdur.
Facebook-da paylaş





















