DÇ-nin son hazırlığına start verilib

Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatının son hazırlıq prosesinə başlayıb.
BrendSport.az xəbər verir ki, baş məşqçi Məhəmməd Bəna, məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında keçirilən hazırlıq prosesində taktiki-texniki məşqlər və rəqiblərin təhlilinə yer ayrılacaq.
Təlim-məşq toplanışına cəlb olunan güləşçilərin siyahısı:
55 kq: Eldəniz Əzizli, Emin Cavadlı
60 kq: Murad Məmmədov, Nihad Quluzadə
63 kq: Nihat Məmmədli, Tural Əhmədov
67 kq: Həsrət Cəfərov, Məhəmməd Qasımzadə
72 kq: Ülvü Qənizadə, Fəraim Mustafayev
77 kq: Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov
82 kq: Qurban Qurbanov
87 kq: İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov
97 kq: Murad Əhmədiyev
130 kq: Sərxan Məmmədov, Beka Kandelaki
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda yunan-Roma güləşi üzrə yarış 24-27 oktyabrda baş tutacaq.
Facebook-da paylaş





















