Əsas Səhifə > Milli komandalar > DÇ-nin son hazırlığına start verilib
DÇ-nin son hazırlığına start verilibBu gün, 20:20 |
![]() Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatının son hazırlıq prosesinə başlayıb. BrendSport.az xəbər verir ki, baş məşqçi Məhəmməd Bəna, məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında keçirilən hazırlıq prosesində taktiki-texniki məşqlər və rəqiblərin təhlilinə yer ayrılacaq. Təlim-məşq toplanışına cəlb olunan güləşçilərin siyahısı: 55 kq: Eldəniz Əzizli, Emin Cavadlı 60 kq: Murad Məmmədov, Nihad Quluzadə 63 kq: Nihat Məmmədli, Tural Əhmədov 67 kq: Həsrət Cəfərov, Məhəmməd Qasımzadə 72 kq: Ülvü Qənizadə, Fəraim Mustafayev 77 kq: Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov 82 kq: Qurban Qurbanov 87 kq: İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov 97 kq: Murad Əhmədiyev 130 kq: Sərxan Məmmədov, Beka Kandelaki Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda yunan-Roma güləşi üzrə yarış 24-27 oktyabrda baş tutacaq. Geri qayıt |