UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya Praqa” komandası ilə üz-üzə gəlib.
Əlincə stadionunda təşkil edilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, komanda I turda İngiltərədə "Mançester Yunayted"ə 0:5 hesabı ilə məğlub olmuşdu.
Facebook-da paylaş





















