FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

FIFA milli komandaların reytinq cədvəlini yeniləyib.
BrendSport.az xəbər verir ki, Azərbaycan yığmasının mövqeyində dəyişiklik olub. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1138,96 xalla bir pillə geriləyərək 127-ci sıraya enib.
Qeyd edək ki, reytinqə 2011,57 xalla son dünya çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada Argentina (1972,80), üçüncü pillədə isə Fransa (1958,86) yer alıb.
Facebook-da paylaş





















