Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIFA reytinqi: Futbol üzrə Azərbaycan millisi bir pillə irəliləyib



FIFA futbol üzrə milli komandaların reytinq siyahısını yeniləyib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisi əvvəlki ilə müqayisədə bir pillə irəliləyib.

Ötən reytinqdə 1177.83 xalla 112-ci olan yığma 111-ci sıraya yüksəlib. Buna milli komandanın Macarıstanda keçirdiyi yoldaşlıq oyununda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlməsi səbəb olub.

Fernandu Santuşun başçılıq etdiyi yığmanın aktivində 1179.88 xal var.

Qeyd edək ki, reytinq cədvəlinin ilk 3 pilləsində heç bir dəyişiklik baş verməyəcək. Siyahıya son dünya çempionu Argentina (1860.14) başçılıq edir. Fransa (1837,47) ikinci, Belçika (1797,98) üçüncüdür.


Facebook-da paylaş

Xəbəri paylaş