Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın 3 boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb



Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, mundialın beşinci günündə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısının hər biri qələbə qazanıb. Gülər Hüseynova (51 kiloqram) 1/16 finalda Diana Dudinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşündə Nataşa Lukiçlə (Serbiya) gücünü yoxlayacaq.

Şahin Aslanov (65 kiloqram) da dünya çempionatına qələbə ilə başlayıb. O, Emir Serifoviçi (Bosniya və Herseqovina) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. Aslanov 1/8 finalda Robert-Jsolt Buzasla (Rumıniya) qarşılaşacaq.

Renat Qiyaslı (80 kiloqram) isə 1/16 final döyüşünü erkən xeyrinə bitirib. O, Daniil Paninə (Estoniya) üçüncü raundda tam üstünlüklə qalib gəlib. Boksçumuz növbəti sınağında Tiberio Nokadello (İtaliya) ilə mübarizə aparacaq.

Hər 3 döyüş oktyabrın 22-də olacaq.

Qeyd edək ki, dünya çempionatının qalibləri oktyabrın 27-də bəlli olacaq.









Facebook-da paylaş

Xəbəri paylaş