Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib



Bura idmanımızın inkişafı üçün çox vacib olan bir təhsil ocağıdır. Bu zallardan çoxlu sayda tanınmış idmançımız çıxıb.

BrendSport.az
xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Respublika Olimpiya İdman Liseyinin (ROİL) əsaslı təmir və yenidənqurmadan sonra açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ROİL-də həyata keçirilən yenidənqurma işləri çərçivəsində mövcud zal standartlara uyğun şəkildə təmir olunub, eləcə də digər zəruri dəyişikliklər həyata keçirilib.

Fərid Qayıbov qeyd edib ki, növbəti mərhələdə yeni planlar nəzərdə tutulub: “Burada respublikamızın müxtəlif rayonlarından gələn şagirdlər və idmançılar təhsil alırlar. Həmçinin əsasən güləşin hər üç növü, cüdo, boks, eləcə də bir neçə şagirdin təmsil olunduğu futbol idman növləri inkişaf etdirilir”.

Fərid Qayıbovun sözlərinə görə, ROİL-in məşq zallarında indiyədək bir çox tanınmış idmançılar, o cümlədən olimpiya və dünya çempionları yetişib: “Cari ildə liseydə 450-dən artıq şagird təhsil alır, onların arasında artıq 15 yaşadək Avropa mükafatçıları və çempionları var. İnanıram ki, gələcəkdə belə uğurlu idmançıların sayı daha da çoxalacaq”.

Qeyd edək ki, ROİL ümumi orta təhsil ilə peşəkar idman hazırlığını uğurla birləşdirir. Lisey ölkəmizdə gənc istedadların üzə çıxarılması, peşəkar idmançıların və yüksəkhazırlıqlı kadrların yetişdirilməsi istiqamətində mühüm rol oynayır.


Facebook-da paylaş

Xəbəri paylaş