İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kiloqram) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-Pri Finalının bürünc medalını qazanıb.
BrendSport.az xəbər verir ki, o,1/4 final mərhələsində qazaxıstanlı Askar Dinmukhammed üzərində qələbə qazanıb, yarımfinalda isə meksikalı Juan Dueqo Qarsia Lopezə məğlub olub.
Bürünc medal uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyira döyüşə çıxmadığından İmaməddin Xəlilov yarışın bürünc medalına sahib olub.
Facebook-da paylaş





















