Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir: “ExpoSport Azerbaijan 2026” sərgisinin keçirilməsində əsas məqsəd idmanımızın təbliğidir



Bu sərginin keçirilməsində əsas məqsəd idmanımızın təbliğidir. Çox sevindirici haldır ki, burada çoxlu sayda uşaqlar, məktəblilər, tələbələr və müxtəlif yaş kateqoriyalarından olan insanlar iştirak edirlər.

BrendSport.az
xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “ExpoSport Azerbaijan 2026” sərgisində jurnalistlərə açıqlaması zamanı deyib.

Nazir bildirib ki, Bakı bu il dünyanın idman paytaxtıdır və ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, dünya və Avropa çempionatları, eləcə də digər mötəbər yarışlar keçirilir.

O qeyd edib ki, əvvəlcə böyük idman sərgisinin – “SportAccord” tədbirinin keçirilməsi planlaşdırılsa da, regionda baş verən müəyyən məsələlərə görə bu tədbir ilin əvvəlində təxirə salınıb. Nazir bildirib ki, tədbirin gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

F.Qayıbov vurğulayıb ki, bu il idman sərgisinin təşkili qərara alınıb və idman federasiyaları bu təşəbbüsü maraqla qarşılayıblar. Sərgidə federasiyalarla yanaşı, idman şirkətləri də iştirak edir.

Nazir sərgidəki stendlərin maraqlı olduğunu, federasiyaların fərqlənməyə çalışdıqlarını bildirib. Onun sözlərinə görə, təşkilatların bir-biri ilə əlaqə qurması və birlikdə çalışması idmanda əldə olunan nəticələrə də müsbət təsir göstərir.

F.Qayıbov növbəti sərgilərin daha geniş miqyasda təşkil olunacağına ümidvar olduğunu bildirib. O, Azərbaycanda idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu və son 30 ildə bu sahədə mühüm nailiyyətlər əldə edildiyini vurğulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş