Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın iki boksçusu Dünya Kubokunun final mərhələsində çıxış edəcək



Noyabrın 28-də Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya Kubokunun final mərhələsi start götürəcək.

BrendSport.az
xəbər verir ki, 6 gün davam edəcək yarışda milli komandamız 2 idmançı ilə təmsil olunacaq.

Rinqə Nəbi İsgəndərovla (70 kiloqram) Məhəmməd Abdullayev (+90 kiloqram) çıxacaqlar.

“World Boxing”in 2026-cı il üzrə təşkil etdiyi üçmərhələli kubok seriyasının həlledici yarışında hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Onlardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər 7-si isə Braziliya və Çində keçirilmiş əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşdirilib.

Qeyd edək ki, Azərbaycan boksçuları Dünya Kubokundan öncə Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplanışına qatılıb.


Facebook-da paylaş

Xəbəri paylaş