AFFA İntizam Komitəsi Yunis Hüseynovu cəzalandırıb

AFFA İntizam Komitəsi Premyer Liqanın XII turunda keçirilən oyunlarla bağlı intizam qərarları qəbul edib.
BrendSport.az xəbər verir ki, “Sumqayıt” – “Sabah” matçının 33-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Lukas Blek ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən oyunçu bir oyunluq cəzalandırılıb, klub isə 500 manat cərimə edilib.
“Şamaxı” – “Turan Tovuz” qarşılaşmasının fasiləsindən sonra hər iki komandanın məşqçisi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Nəticədə “Şamaxı”nın məşqçisi Araz Bağırov və “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hər biri üç oyunluq cəzalandırılıb. Hər iki klub 8 min manat cərimə olunub.
Həmin görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Oyunçu bir oyunu şərti olmaqla üç oyunluq cəzalandırılıb. Klub 3 min manat cərimə edilib. Futbolçu üçün altı aylıq sınaq müddəti müəyyənləşdirilib.
Facebook-da paylaş





















