AFFA-dan klublara cəza yağdı
AFFA İntizam Komitəsinin iclası keçirilib. İK 1-ci divizionun 19-cu turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Azərbaycan I divizionun XIX turunun “Ağsu” – “Zaqatala” matçının 54-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.
Oyunun 69-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Haqverdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub .
Azərbaycan I divizionun XIX turunun “Turan Tovuz” – “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 320 manat cərimə olunub.
Azərbaycan I divizionun XIX turunun “Sabah” – “Binə” matçının 90+2-ci dəqiqəsində “Binə”nin futbolçusu Məqsum Qəmbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Azərbaycan I divizionun XIX turunun “Xəzər” – “Mil-Muğan” matçının 80-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Anar Babazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.
Facebook-da paylaş