Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah”ın baş məşqçisi: Oyuna yaxşı hazırlaşmışıq



Biz sabahkı oyuna yaxşı hazırlaşmışıq və maksimum gücümüzü ortaya qoyacağıq.

BrendSport.az
xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda Almaniyanın “Borussiya Dortmund” klubuna qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O bildirib: “Sabah baş tutacaq oyun bizim üçün çox önəmlidir. Rəqibimizin gücünü bilirik, son oyunlarda istədikləri nəticəni əldə edə bilməsələr də, onlar çox təhlükəli komandadır. Biz rəqibi çox ciddi şəkildə təhlil etmişik və matça tam hazırıq. Azarkeşlərimizin dəstəyi ilə meydanda “Borussiya Dortmund”a qarşı əlimizdən gələnin maksimumunu edəcəyik”.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş