Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.
BrendSport.az xəbər verir ki, DÇ-2028-in 12-ci qrupunda yer alan yığma noyabrın 5-də Çexiyanı qəbul edəcək. Matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksi 2018-ci ildə istifadəyə verilib. İdman zalının azarkeş tutumu 788 nəfərlikdir.
Facebook-da paylaş





















