Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib



AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

BrendSport.az
xəbər verir ki, iclasda İntizam Komitəsinin çıxardığı qərarlardan verilən iki apellyasiya şikayətinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

I Liqanın III turunun “Karvan-Yevlax”la matçında qırmızı vərəqə alan “Zaqatala”nın futbolçusu Elxan Məmmədov və klubun cərimələnməsi ilə bağlı şikayət qismən təmin olunub. Qərara əsasən, oyunçunun 6 oyunluq cəzası 4 matça endirilib. Klubun 1000 manat cərimə edilməsi barədə qərar isə qüvvədə saxlanılıb.

U-10 Liqasında keçirilmiş “Karvan-Yevlax” – SUHB oyunu ilə bağlı Səyyar İsmayılovun müraciəti də qismən təmin edilib. Yevlax təmsilçisinin yarışlardan kənarlaşdırılması və 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə qərar ləğv olunub. Yeni qərara əsasən, Kamal İsmayılovun “Karvan-Yevlax” komandasının tərkibində müqaviləsi qeydiyyata alınmadan çıxış etməsinə görə komandaya yalnız həmin matç üzrə texniki məğlubiyyət verilib.

Hər iki şikayət qalan hissədə təmin edilməyib.


Facebook-da paylaş

Xəbəri paylaş