Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Zirə"nin futbolçusunun cəzası azaldılıb, "Sumqayıt"ın şikayəti təmin edilməyib



AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

BrendSport.az
xəbər verir ki, "Zirə" klubu tərəfindən verilən şikayət qismən təmin edilib.

Premyer Liqanın XII turunda "Sabah"la matçda qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza ilə üzləşən "qartallar"ın hücumçusu Vladislav Kulaçın diskvalifikasiya müddəti azaldılıb.

Ona bir matçlıq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq müddəti təyin olunub.

Bundan əlavə, "Sumqayıt"ın şikayəti təmin edilməyib. "Neftçi" ilə XIII tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş