FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariqə böyük hesabla qalib gəlib

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 81-96-cı yerlər uğrunda görüşdə Cəbəllütariq yığması ilə üz-üzə gəlib. Görüş komandamızın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz günün ilk matçında Çili seçməsinə uduzub – 1:3.
Dünya çempionatı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.
Facebook-da paylaş





















