Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarları müəyyənləşib

Milli Olimpiya Komitəsi (MOK) Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək Azərbaycanın komandasının bayraqdarlarının adlarını açıqlayıb.
BrendSport.az xəbər verir ki, oktyabrın 31-də Dakardakı “Abdulaye Vade” stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaq.
Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının isə bürünc mükafatçısıdır. Məryəm Cavadova isə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.
Facebook-da paylaş





















