Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İslamiadanın bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib



Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanı təmsil edəcək bayraqdarlar müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, tədbirdə üçrəngli Bayrağımızı yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma üzrə millinin üzvü Səbinə Kərimova daşıyacaqlar.

PNU stadionunda gerçəkləşəcək mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında 55 medal var. Onlardan 8-i qızıl, 18-i gümüş, 29-u isə bürünc mükafatlardır.

İdmançılarımız Oyunların son günündə 3 növdə (ciu-citsu, parapauerliftinq və sərbəst güləş) mübarizə aparırlar.


Facebook-da paylaş

Xəbəri paylaş