Azərbaycanın iki güləşçisi İslamiadanın finalına yüksəlib

Azərbaycanın iki yunan-Roma güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
BrendSport.az xəbər verir ki, qadın güləşçi Jalə Əliyeva (57 kiloqram) yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovaya "tuş"la, Murad Əhmədiyev (97 kiloqram) isə türkiyəli Beytullah Kayışdağa 5:1 hesabı ilə qalib gələrək həlledici mərhəkədə iştirak hüququ qazanıb.
Yarımfinalda özbəkistanlı Aktenge Keunimjayevaya uduzan Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, hələlik yunan-Roma güləşi üzrə Azərbaycan millisinin aktivində bir gümüş mükafat var. Yeganə medalı Həsrət Cəfərov (67 kiloqram) qazanıb.
Facebook-da paylaş





















