Azərbaycanı İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək güləşçilər bəlli olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.
BrendSport.az xəbər verir ki, yarışda ölkəmizi 18 idmançı təmsil edəcək.
Sərbəst güləşdə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Ağanəzər Novruzov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram), yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (77 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram), qadın güləşində isə baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kiloqram), Gültəkin Şirinova (53 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram), Nigar Mirzəzadə (68 kiloqram) və Zəhra Kərimzadə (76 kiloqram) qüvvəsini sınayacaq.
Qeyd edək ki, İslamiadada güləş yarışları noyabrın 18-dən 21-dək yalnız Olimpiya çəkiləri üzrə keçiriləcək.
Facebook-da paylaş





















