Güləş üzrə Azərbaycan yığmalarının Avropa çempionatı üçün heyəti açıqlanıb
Güləş üzrə Azərbaycan yığmalarının Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
BrendSport.az xəbər verir ki, yarışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında yunan-Roma güləşçiləri start verəcəklər. Heyətdə Rəşad Məmmədov (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (82 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) yer alıb.
Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Ayona Kolesnik (59 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (65 kiloqram) mübarizə aparacaq.
Avropa çempionatının son günlərində isə xalçaya sərbəst güləşçilər çıxacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Orxan Abasov (79 kiloqram), Arseni Cioyev (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Yarışda I-S kateqoriyalı hakimlər Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaqlar.
Qeyd edək ki, Avropa çempionatı fevralın 12-18-də təşkil olunacaq.
Facebook-da paylaş