Yunan-Roma güləşi üzrə millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
BrendSport.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Məsul yarışda ölkəmizi təmsil edəcək müvafiq komandamız artıq Almaniyaya yollanıb.
Heyətdə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli (60 kq), Qurban Qurbanov (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Elcan Məmmədov (77 kq), Murad Əhmədiyev (82 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıblar.
İyulun 1-də bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İyunun 2-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Ertəsi gün isə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcəsində yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.
Facebook-da paylaş