Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləş üzrə U-23 dünya çempionatında çıxış edəcək yığmalarımızın heyəti açıqlanıb



Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, məsul yarışda ölkəmizi güləşin hər 3 növü üzrə yığmalarımızın üzvləri təmsil edəcəklər.

Oktyabrın 25-də Olimpiya Güləş Mərkəzində mundialda çıxış edəcək güləşçilərlə görüş olub və heyət açıqlanıb.

Dünya çempionatının ilk günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Əfqan Xaşalov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Murad Süleymanov (74 kq), Abubakr Abakarov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yer alıblar.

Qadınların yarışında ölkəmizi yalnız Türkan Nəsirova (50 kq) təmsil edəcək. O, millimizin baş məşqçisi Aslan Ağayevin başçılığı altında güləşəcək.

Yarışın son günlərində xalça üzərinə yunan-Roma güləşçilərimiz çıxacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov (72 kq), Tuncay Vəzirzadə (77 kq), Eltun Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, mundialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.


Facebook-da paylaş

Xəbəri paylaş