Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq



Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda yarışacaq.

BrendSport.az
xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Qoki Tajimaya məğlub olub.

Daha əvvəl eyni çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev 1/8, Süleyman Şükürov isə 1/16 finalda rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar. Südabə Ağayeva (70 kiloqram) isə 1/32 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 4 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər. Dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş