Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
BrendSport.az xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı 1/4 finalda serbiyalı Vasiliye Gruyiçiçi məğlub edib.
O, bu raundda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kiloqram) və Ömər Rəcəbli (81 kq) 1/8, Murad Fətiyev (90 kiloqram) isə 1/16 finalda uduzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.
Facebook-da paylaş





















