Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib
Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlibDünən, 14:30 |
![]() Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib. BrendSport.az xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı 1/4 finalda serbiyalı Vasiliye Gruyiçiçi məğlub edib. O, bu raundda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək. Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kiloqram) və Ömər Rəcəbli (81 kq) 1/8, Murad Fətiyev (90 kiloqram) isə 1/16 finalda uduzaraq turnirlə vidalaşıblar. Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar. Geri qayıt |