Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hidayət Heydərov Avropa çempionatının finalında



Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında finala yüksəlib.

BrendSport.az
xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Ciloğluna qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş