Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar



Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

BrendSport.az
xəbər verir ki, batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov final mərhələsində uğurla mübarizə aparıblar. İdmançılar həlledici mərhələdə 52,010 xal toplayaraq dünya çempionatının gümüş medalına sahib olublar. Bununla da, onlar qarışıq sinxron proqramda Azərbaycan gimnastika tarixində ilk dəfə dünya çempionatının gümüş mükafatçıları adını qazanıblar.

Gərgin mübarizə şəraitində keçən finalda Belarus təmsilçiləri birinci, Yaponiya gimnastları isə üçüncü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan gimnastları dünya çempionatında digər proqramlar üzrə də mübarizələrini davam etdirirlər.


Facebook-da paylaş

Xəbəri paylaş