Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan idmançıları stronqmen üzrə dünya çempionatında rekordlarla yadda qalıblar



Azərbaycan stronqmençiləri Polşanın Pabyanitse şəhərində keçirilən GPC versiyası üzrə dünya çempionatında uğurla çıxış ediblər.

BrendSport.az
xəbər verir ki, gənclər arasında 90 kiloqram çəki dərəcəsində Murad Muradov birinci yeri tutub. Open kateqoriyasında 110 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəlil Əliyev də yarışın qalibi olub. O, Ermənistan idmançısına qalib gəlib.

Open kateqoriyasında 90 kiloqram çəki dərəcəsində çıxış edən Sadiq Musayev isə dördüncü yeri tutub.

Çempionatda soft təchizatla benç-press hərəkəti üzrə Azərbaycan idmançıları yüksək nəticələr göstərərək yeni dünya rekordları müəyyənləşdiriblər.

Belə ki, Masters yaş qrupunda 140 kiloqram çəki dərəcəsində çıxış edən Famil Məhərrəmov 280 kiloqram nəticə ilə birinci yeri tutub.

Yeniyetmə yaş qrupunda 110 kiloqram çəki dərəcəsində mübarizə aparan İsmayıl Məhərrəmov 180 kiloqram nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Open yaş qrupunda 82,5 kiloqram çəki dərəcəsində çıxış edən İsmayılov Aqşin isə 280 kiloqram nəticə göstərərək qalib olub. Hər üç idmançı yeni dünya rekorduna imza atıb.

Yarışda 100 kiloqram çəki dərəcəsində çıxış edən Zaur Abbasov sifariş verdiyi çəkini qaldıra bilmədiyi üçün medal qazana bilməyib.







Facebook-da paylaş

Xəbəri paylaş