Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq



Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcəklər.

BrendSport.az
xəbər verir ki, ölkəmiz beynəlxalq yarışda 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.

Yığmanın heyətində Murad Muradlı, Babarəhim Mirzəyev (60 kiloqram), Nizami İmranov, İslam Rəhimov (66 kiloqram), Əbil Yusubov, Mehdi Cəfərov (73 kiloqram), Əjdər Bağırov (100 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) mübarizə aparacaqlar.

Kişilərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcəklər.

Oktyabrın 30-dan noyabrın 1-dək baş tutacaq yarışda 36 ölkədən 284 cüdoçu medallar uğrunda mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş