“Böyük Dəbilqə” turnirində Azərbaycan 6 cüdoçu ilə təmsil olunacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə “Böyük Dəbilqə” turniri keçiriləcək.
BrendSport.az xəbər verir ki, Azərbaycanı yarışda 4 çəki dərəcəsində 6 cüdoçu təmsil edəcək.
Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Kişilər
60 kiloqram
Murad Muradlı
66 kiloqram
Nizami İmranov
İslam Rəhimov
73 kiloqram
Rəşid Məmmədəliyev
+100 kiloqram
Uşanqi Kokauri
Camal Qamzatxanov
Facebook-da paylaş





















