Dünyanın ən çox azarkeş toplayan komandaları açıqlanıb

Almaniyanın “Transfermarkt” portalı 2026/2027-ci illər mövsümündə ev oyunlarında orta tamaşaçı sayına görə dünyanın ən çox azarkeş toplayan komandalarının reytinqini açıqlayıb.
BrendSport.az xəbər verir ki, siyahıya Almaniyanın “Borussiya Dortmund” klubu başçılıq edir. Komandanın ev oyunlarını orta hesabla 81 min 365 azarkeş stadiondan izləyir.
İkinci pillədə hər oyunda orta hesabla 75 min 214 tamaşaçı toplayan İtaliyanın “İnter” klubu qərarlaşıb. İlk üçlüyü 75 min göstərici ilə Almaniyanın “Bavariya” komandası tamamlayır.
2026/2027-ci illər mövsümündə ev oyunlarında orta tamaşaçı sayına görə dünyanın ən yaxşı 10 komandası:
1. “Borussiya Dortmund” (Almaniya) – 81 365 tamaşaçı
2. “İnter” (İtaliya) – 75 214
3. “Bavariya” (Almaniya) – 75 000
4. “Milan” (İtaliya) – 74 545
5. “Real Madrid” (İspaniya) – 73 614
6. “Mançester Yunayted” (İngiltərə) – 72 395
7. “Atletiko Madrid” (İspaniya) – 66 268
8. “Roma” (İtaliya) – 65 728
9. “Flamenqo” (Braziliya) – 64 711
10.“Betis” (İspaniya) – 63 309
Facebook-da paylaş





















