Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünyanın ən yaxşı klub məşqçiləri açıqlanıb


“FourFourTwo” nəşri futbol üzrə dünyanın ən yaxşı klub məşqçilərini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, 50 mütəxəssisin yer aldığı siyahıya İngiltərənin “Mançester Siti” komandasının çalışdırıcısı Xosep Qvardiola başçılıq edir.

Ötən mövsüm onun komandası İngiltərə çempionatının, ölkə kubokunun və tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

İngiltərənin digər təmsilçisi “Liverpul”a başçılıq edən Yurgen Klopp ikinci, İspaniya “Real Madrid”inin sükanı arxasında olan Karlo Ançelotti isə üçüncü pillədə qərarlaşıb.

Dünyanın ən yaxşı klub məşqçiləri

1. Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə)

2. Yurgen Klopp (“Liverpul”, İngiltərə)

3. Karlo Ançelotti (“Real Madrid”, İspaniya)

4. Mikel Arteta (“Arsenal”, İngiltərə)

5. Tomas Tuxel (“Bavariya”, Almaniya)

6. Eddi Hau (“Nyukasl”, İngiltərə)

7. Xavi Ernandes (“Barselona”, İspaniya)

8. Roberto De Zerbi (“Brayton”, İngiltərə)

9. Unay Emeri (“Aston Villa”, İngiltərə)

10. Dieqo Simeone (“Atletiko”, İspaniya)

11. Xabi Alonso (“Bayer”, Almaniya)

12. Erik ten Haq (“Mançester Yunayted”, İngiltərə)

13. Luis Enrike (PSJ, Fransa)

14. Abel Ferreyra (“Palmeyras”, Braziliya)

15. Joze Mourinyo (“Roma”, İtaliya)


Facebook-da paylaş

Xəbəri paylaş