Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası tarixinin ən uğurluları: Türkiyədən 1 klub



Çempionlar Liqası (ÇL) tarixinin ən uğurlu komandaları müəyyənləşib. UEFA 1955-2017-ci illər arasında bu turnirdə ən yaxşı nəticələr göstərən 30 komandanın siyahısını dərc edib.

Siyahıya qitənin ən nüfuzlu klub turnirinin 12 dəfə qalibi olan “Real” başçılıq edir. “Bavariya” ikinci pillədə yer alırsa, daha bir İspaniya nəhəngi “Barselona” ilk “3-lüy”ü qapayır.

“Onluq”da “Mançester Yunayted”, “Milan”, “Yuventus”, “Benfika”, “Porto”, “Arsenal” və “Liverpul” komandaları da yer alıb.

Ümumilikdə 30 klubun adının qərarlaşdığı siyahıda Türkiyənin yeganə təmsilçisi “Qalatasaray”dı.

1. “Real” (İspaniya)

2. “Bavariya” (Almaniya)

3. “Barselona” (İspaniya)

4. “Mançester Yunayted” (İngiltərə)

5. “Milan” (İtaliya)

6. “Yuventus” (İtaliya)

7. “Benfika” (Portuqaliya)

8. “Porto” (Portuqaliya)

9. “Arsenal” (İngiltərə)

10. “Liverpul” (İngiltərə)

11. “Dinamo” (Kiyev, Ukrayna)

12. “Ayaks” (Hollandiya)

13. “İnter” (İtaliya)

14. “Seltik” (Şotlandiya)

15. “Çelsi” (İngiltərə)

16. “Anderlext” (Belçika)

17. “Reyncers” (Şotlandiya)

18. PSV (Hollandiya)

19. “Qalatasaray” (Türkiyə)

20. “Lion” (Fransa)

21. “Borussiya” (Dortmund, Almaniya)

22. “Atletiko” (İspaniya)

23. “Panatinaikos” (Yunanıstan)

24. “Styaua” (Rumıniya)

25. “Sparta” (Çexiya)

26. “Valensiya” (İspaniya)

27. “Srvena Zvezda” (Serbiya)

28. “Olimpiakos” (Yunanıstan)

29. “Rusenborq” (Norveç)

30. “Dinamo” (Zaqreb, Xorvatiya)


Apasport


Facebook-da paylaş

Xəbəri paylaş