Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib



Misli Premyer Liqasının XVII turunda daha bir oyun keçirilib.

BrendSport.az
xəbər verir ki, son çempion "Qarabağ" evdə "Kəpəz"lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 12-yə çatdıran Gəncə təmsilçisi 10-cu pilləyə yüksəlib. Ağdam klubu isə 36 xalla ikinci yerdə qərarlaşıb.

Günün ilk matçında "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edib.

Şamaxı şəhər stadionunda oynanılan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ötən gün keçirilən görüşlərdə "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" ilə (0:0) bərabər qalıb.

Tura yanvarın 25-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş